"Bu gün hər yerdə Xocalı soyqırımı qurbanları anılır. Onların xatirəsi yad olunur. Bu hadisəni törədən erməni faşizmi lənətlənir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan xalqı bu cür faciələrdən sınmayıb, əyilməyib: "Xalqımız hər zaman ədaləti bərpa edəcəyinə inandı və ərazi bütövlüyümüzü bərpa etdi. İnanırıq ki, tarixi torpaqlarımıza, Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı da ən yüksək səviyyədə həllini tapacaq".
Eltac Nurullazadə
