Məzmuna keç

Bəhruz Məhərrəmov: “Azərbaycan tarixin heç bir dövründə bu qədər güclü olmayıb”

"Son 3 ildə müşahidə olunan proseslər, ələxsus Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvəsi mübaliğəsiz olaraq deməyə imkan verir ki, 12 əsrlik Fransa siyasi maşını qlobal miqyasda Prezident İlham Əliyevə uduzur. Vətən müharibəsində Şuşaya heç kimin gözləmədiyi sıldırım qayalıqlardan daxil olmaqla Zəfəri rəsmiləşdirdiyi kimi cənab İlham Əliyev Fransanı da gözləmədiyi müstəvidə Qoşulmama Hərəkatı platformasında artıq neçənci dəfədir ki, pat vəziyyətinə salmaqdadır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının potensialından istifadə etməklə 2020-ci və 2022-ci illərdə Fransanın diqtəsi ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməyib.

"Bu gün isə möhtərəm Prezident cəsarət və qətiyyətlə konkret faktlara əsaslanaraq Fransanı neokolonializmdə ittiham edir, Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırır. Və bu günə qədər bu həqiqətləri dilinə gətirməyən Hərəkat üzvləri, dünyanın 195 dövlətindən 120-si Azərbaycan lideri ilə bu qənaəti bölüşür. Tarixin heç bir dövründə bu qədər güclü olmamışdıq", – deyə deputat qeyd edib.

Lalə Salmanova