Məzmuna keç

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi –

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə e-huquq.az-a səfirlikdən məlumat verilib.

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", – diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

***

21.23

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə e-huquq.az-a səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.