Məzmuna keç

Deputat: “Erməni millətçiliyi regionda sülhə və təhlükəsizliyə təhdidlər yaradır”

"Moisey Bekkerin “Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabı bizim informasiya müstəvisində mübarizəmizdə çox mühüm rol oynayır. Çünki biz erməni millətçiliyinin regionda təhlükəsizliyə, sülhə qarşı yaratdığı təhdidləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırıq. Moisey Bekkerin kitabında yer alan məqamlar da erməni millətçilərini ifşa etmək üçün bizə çox gərəklidir. Ümumiyyətlə, qatı millətçilik müasir dünyanın təhlükəsizlik sistemi üçün çox ciddi təhdidlər törədir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir Hüquq və İnsan Haqları İnstitutunda Moisey Bekkerin “Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

"Cənubi Qafqaz regionunda uzun illər regional təhlükəsizlik sisteminin yaradılması istiqamətində cəhdlər edilib. Təəssüf ki, bu, indiyə qədər nəticə verməyib. Amma bu gün artıq biz həm qürurla, həm də cəsarətlə deyə bilirik ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev belə bir təhlükəsizlik arxitekturasının əsasını qoydu. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra regionda unikal əməkdaşlıq sisteminin yaradılması təşəbbüsünü irəli sürdük. Bunu İlham Əliyev etdi. Təbii ki, bu əməkdaşlıq təşəbbüsü Cənubi Qafqaz regionunda təhlükəzsizlik sisteminin qurulması istiqamətində çox mühüm bir addımdır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin strateji baxışları Cənubi Qafqaz regionunda erməni milliyətçiliyinin yaratdığı təhdidləri aradan qaldıracaq", – deyə deputat bildirib.

Eltac Nurullazadə