Məzmuna keç

İlham Əliyev: “İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verdi”

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında söyləyib.

Prezident Ərdoğanın açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı olaraq dəstəklədiyini bildirən dövlətimizin başçısı deyib: “O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”.