Məzmuna keç

Aİ: “Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün işləməyə davam edəcəyik”

Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

O, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayıb: “Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”.