"Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xidmətlərini unutmur, ona böyük məhəbbətini daim qəlbində yaşadır".
E-huquq.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
"Heydər Əliyevin qurduğu Azərbaycan güclənir, qüdrətlənir. Bunun ən bariz nümunəsi 30 il işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyi tərəfindən hörmət edilən dövlətlərdən birinə çevrilib. Hesab edirəm ki, bu bilavasitə Heydər Əliyevin xidmətləri sayəsindədir. Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
