Deputat: "Moskva görüşündə Ermənistan üzərində daha bir tarixi qələbə qazandıq"


  • 27 May 2023 08:06

"Ali Avrasiya İqtisadi Şurasının iclasında Paşinyan protokoldan tam kənar, etiket qaydalarına belə riayət etməyərək Azərbaycana qarşı növbəti dəfə yalan və əsassız fikirlər söylədi. Ümumiyyətlə Paşinyan çıxışlarında hər dəfə bir birinə əks fikirlər söyləməyə adət edib. Bu bir daha göstərirki Paşinyan siyasətçi yox, küçədən siyasətə gəlmiş bir adamdır. Aydın görünür ki, Paşinyan hökumət başçısı kimi öz fikirlərini yox, qərbdəki ağalarının dediklərini söyləyir. Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsini yaratmasını Paşinyan Xankəndindəki ermənilərin guya blokada da saxladığını, eləcədə də Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Halbuki, Praqada və sonrakı üçtərəfli görüşlərdə Paşinyan Azərbaycanın 86,6 min kv.km olmaqla ərazi bütövlüyünü tanıdığını söyləmişdi".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputtaı Kamilə Əliyeva deyib.

O bildirib ki, Prezident cənab İlham Əliyev Azərbaycanın həyata keçirdiyi bütün tədbirlərin, o cümlədən Xankəndi-Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaradılmasının beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini faktlarla Paşinyanın diqqətinə çatdırmaqla ona hüquqi dərs keçdi. "Prezident cənab İlham Əliyev bütün çıxışlarında Ermənistanla sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu və hər iki dövlətin qarşılıqlı şəkildə bir birinin ərazi bütövlüyünün tanınmasının vacibliyini vurğulamışdı. Ölkə başçımız Azərbaycan və Ermənistan arasında bütün kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının 2020-ci il 10 noyabr Bəyannaməsinin bəndlərinə uyğun olduğunu Paşinyanın yadına saldı".

K.Əliyeva qeyd edib ki, Azərbaycan üzv və tərəfdaş olduğu bütün beynəlxalq təşkilatlarda digər üzv dövlətlərlə uğurlu əməkdaşlıq edir: "Ölkəmiz Ermənistan istisna olmaqla Ali Avrasiya İqtisadi Birliyinin bütün üzvlərilə dostluq münasibətləri qurmuşdur. Prezident cənab İlham Əliyev Ali Avrasiya İqtisadi Birliyində çıxışında bu qurumla əmtəə dövriyyəsinin hər il artdığını, Şimal-Cənub və Şərq-Qərb marşrut xətlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat və logistika sahəsində böyük infrastruktur yaratdığını, eləcə də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan və Azərbaycan İqtisadiyatının sürətli inkişaf etməsi barədə dövlət və hökumət başçılarına ətraflı məlumat verdi".

Deputat Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünə də toxunub: "Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə masanın bir tərəfində qalib bir ölkənin lideri, qətiyyətli və güclü siyasətçi, öz ölkəsini dünyada söz sahibinə, güc mərkəzinə çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, digər tərəfində məğlub bir ölkənin hökumət başçısı, bütün beynəlxalq tədbirlərdə olduğu kimi Moskvada da özünü gülünc hədəfinə çevirən, siyasətçi kəlməsini belə özündə daşımağı bacarmayan Ermənistanın Baş naziri Nikol Paşinyan əyləşmişdi. Moskva görüşündə də İlham Əliyev diplomatiyası və siyasəti Ermənistan üzərində daha bir tarixi qələbə qazandı".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər