Fazil Mustafa İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi


  • 30 May 2023 11:54

“Şəxsimə qarşı törədilən terror aktına diqqət və həssaslıqla yanaşan dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Həmçinin ilk gündən bu yana mənə dəstək olan bütün deputat həmkarlarıma minnətdaram”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Aidiyyəti güc strukturlarının bu sahədə gördüyü işlər onu deməyə əsas verir ki, bu cür hadisələr nə bizim dövləti sarsıtmaq, nə də dövlət üçün çalışanları qorxutmaq gücündədir. Bu kimi ünsürlərin zərərsizləşdirməsi onu göstərir ki, Azərbaycanla bu dillə danışmaq heç kimə müyəssər olmayacaq”, - o söyləyib.

Oxşar xəbərlər