Azərbaycan Prezidenti: "Üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük"


  • 30 May 2023 14:53

"Bu gün apardığımız müzakirələr zamanı (İsrail Prezidenti ilə - red.) biz, həmçinin enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunduq. Çünki biz investisiya layihələri, interkonnektorların tikintisi ilə bağlı layihələr, habelə üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük".

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.

İsrail Prezidenti ilə, həmçinin planların, suvarma və əkinçilik sahələrində artıq görülmüş işlərin müzakirə olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz İsrailin bu sahədə böyük uğurlarının olduğunu bilirik. Biz bu müsbət təcrübəni kənd təsərrüfatında məhsuldarlığı artırmaq və ixrac bazarımızı şaxələndirmək üçün tətbiq etmək istərdik”.

Oxşar xəbərlər