"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan rəsmiləri guya Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması ilə bağlı əsassız iddia ilə çıxış edirlər".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə tviterdə yazıb.
O xatırladıb ki, Azərbaycanın öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb: "Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb".
