Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.


