Məzmuna keç

Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Blinken arasında görüş oldu –

ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Bu barəd e-huquq.az xarici mətbuata istinadən xəbər verir.

***

23.28

ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

E-huquq.az xəbər verir ki, iyunun 27-də ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.

İlk gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Entoni Blinken bağlı qapılar arxasındaAzərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdən sonra E.Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saat fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.

İkinci gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.

Blinken bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirləri ilə yekun plenar iclasda iştirak edəcək.

***

22.50

ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başlayıb.

E-huquq.az xəbər verir ki, görüşlər ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilir.

Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.