Məzmuna keç

Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrləri görüşəcək

"Yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticaret və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək: "Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq".