Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.
E-huquq.az xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar naminə, dialoq və sabitlik üçün” şüarı altında keçiriləcək.
Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin – Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.
