Məzmuna keç

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin geniştərkibli görüşü başladı –

Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.

E-huquq.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur.

***

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla təkbətək görüşü başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

***

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.