Kürdəmirdə 24 yaşlı gənc oğlan intihar edib


  • 28 Noyabr 2023 09:00

Kürdəmirdə 24 yaşlı gənc oğlan intihar edib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu özünü yaşadığı evdə kəndirlə asıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər