Türkiyə MTŞ-də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olundu


  • 29 Noyabr 2023 22:15

"Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib".

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada nəql edilib.

“Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik”, – açıqlamada diqqətə çatdırılıb.

Oxşar xəbərlər