Məzmuna keç

YAP növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planı hazırlayır

"Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının tədbirlər planının işlənməsini yekunlaşdırmaq üzrəyik".

E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, yaxın günlərdə tədbirlər planı hazır olacaq: "İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali də seçici siyahısına daxil olub və orada da bu proses baş tutacaq".