Məzmuna keç

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək –

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.