Məzmuna keç

Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü

Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

E-huquq.az-ın məlumatına görə, F.Mustafa bildirib ki, bu barədə qərar bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edilib.

O, sənədlərin qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.