Məzmuna keç

Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət etdi

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

E-huquq.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını “[email protected]” elektron poçt ünvanına göndərməlidirlər.