Məzmuna keç

Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşdü

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.