Məzmuna keç

Ombudsman: Seçki hüququnun təmini mövzusunda təlim və treninqlər davam edəcək

Azərbaycan Respublikasının Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı fəaliyyət planı tərtib edib. Fəaliyyət planı çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Bakı, Gəncə və Şəkidə vətəndaşların seçki hüququnun təmini mövzusunda təlim və treninqlər təşkil olunub. Quba və Naxçıvanda isə yaxın günlərdə keçiriləcək”, – deyə Ombudsman bildirib.