Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli görüş bu ilin sentyabr ayında Tbilisidə baş tutacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.
Onun sözlərinə görə, görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s.məsələlərin müzakirəsi gözlənilir.
