NATO Hind-Sakit okean regionuna genişlənmir.
E-huquq/az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.
“NATO Hind-Sakit Okean regionuna genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirici vasitələri NATO müttəfiqlərinin ərazisində Avro-Atlantik məkandadır”, – Maykl Karpenter qeyd edib.
