Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq


  • 14 İyul 2024 09:59

Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.

E-huquq.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

"Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Trampın tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Oxşar xəbərlər