Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib


  • 16 İyul 2024 23:31

Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"İclasda iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr apardıq", - deyə nazir müavini qeyd edib.

Oxşar xəbərlər