Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var


  • 20 İyul 2024 20:05

Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı mən dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklrini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını bildirib.

Oxşar xəbərlər