Məzmuna keç

Azərbaycan XİN rəhbərinin müavini İƏT-nin İcraiyyə Komitəsinin görüşündə iştirak edib

7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.