Məzmuna keç

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı və tərkibi açıqlandı –

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin tərkibi məlum olub.

E-huquq.az-ın xəbərinə görə, 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb:

1. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu – 40 nəfər

2. ATƏT-in Parlament Assambleyası – 61 nəfər

3. MDB Parlamentlərarası Assambleyası – 36 nəfər

4. Müstəqil Dövlətlər Birliyi – 46 nəfər

5. Türkiyə Böyük Millət Məclisi – 14 nəfər

6. Mərakeş Nümayəndələr Palatası – 4 nəfər

7. Kamboca Milli Assambleyası – 3 nəfər

8. Pakistan Milli Assambleyası – 3 nəfər

9. Malayziya Parlamenti – 2 nəfər

10. Belarus Respublika Şurası – 2 nəfər

11. Rusiya Federal Məclisinin Federasiya Şurası – 2 nəfər

12. Belarus Nümayəndələr Palatası – 1 nəfər

13. Gürcüstan Parlamenti – 1 nəfər

14. Qazaxıstan Senatı – 1 nəfər

15. TURKPA – 17 nəfər

16. Beynəlxalq Parlamentarilər Konqresi – 4 nəfər

17. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi – 4 nəfər

18. GUAM Parlament Assambleyası – 3 nəfər

19. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası – 2 nəfər

20. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı – 2 nəfər

21. Asiya Parlament Assambleyası – 1 nəfər

22. Türkiyə Yüksək Seçim Kurulu – 5 nəfər

23. Maldiv Mərkəzi Seçki Komissiyası – 3 nəfər

24 . Bolqarıstan Mərkəzi Seçki Komissiyası – 2 nəfər

25. Filippin Mərkəzi Seçki Komissiyası – 2 nəfər

26. Gürcüstan Mərkəzi Seçki Komissiyası – 2 nəfər

27. Pakistan Mərkəzi Seçki komissiyası – 2 nəfər

28. Qazaxıstan Mərkəzi Seçki Komissiyası – 1 nəfər

29. Monteneqro Mərkəzi Seçki Komissiyası – 1 nəfər

***

17.45

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb.