MSK sədri namizədliyin geri götürülməsi müddəti ilə bağlı qanunvericiliyə dəyişikliyi zəruri sayıb


  • 10 Avqust 17:55

Biz seçki bülletenlərinin çapına başlamalıyıq.

E-huquq.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Dairə seçki komissiyaları namizədliyini geri götürənlərlə bağlı məlumatları bizə versinlər, biz DSK-lara müraciət etməliyik. Namizədlərlə bağlı şəxsiyyət vəsiqəsində olan məlumatlar bizə verilməlidir. Təcili bunlar edilməlidir. 10 gün qalmışa qədər bülletenlər hazır olmalıdır. Ən pis tərəf odur ki, 10 gün qalmışa qədər şəxs namizədliyini geri götürə bilər. Bununla bağlı gələcəkdə Seçki Məcəlləsinə dəyişiklik etməliyik”, - deyə MSK sədri vurğulayıb.

Oxşar xəbərlər