Avqustun 19-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.
E-huquq.az xəbər verir ki, ziyafətdə Azərbaycanın və Rusiyanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
***
17:26
Bakıda "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilir.
E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
