Azərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daim ön sıralardadır.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Terrorizm Qurbanlarının Xatirəsini Beynəlxalq Anma Günü ilə bağlı "X" hesabında etdiyi paylaşımda bildirilib:
"Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq".
