Bu ilin I yarısında Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.
E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
"Bununla yanaşı, hesabat dövründə investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib", – deyə məlumatda qeyd olunub.
