Məzmuna keç

Parlament seçkiləri ilə əlaqədar səsvermə barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatdı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, məntəqə seçki komissiyaları tərəfindən bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu proses 2024-cü il avqustun 25-dək yekunlaşdırılır.