Məzmuna keç

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu haqda e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.