Məzmuna keç

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Səsvermə hüququ olan bütün vətəndaşlarımız üçün bərabər şərait yaradılıb.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O, jurnalistlərin Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında deyib:

"Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər".