Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.
E-huquq.az xəbər verir ki, Kobaxidze bunu Azərbaycan Prezidenti ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
"Biz Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə gözləyirik və ümid edirik ki, səfər bu il baş tutacaq", – o qeyd edib.
