Sabahdan şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq


  • 7 May 17:50

17 və 18 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

MÜTDA-dan e-huquq.az-a verilən məlumata görə, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 8 may saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Oxşar xəbərlər