- 11 May 21:58
May ayının 12-dən 19-dək respublika ərazisində “ Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Bu barədə e-huquq.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.