Xankəndidə daha bir orta məktəb açılacaq


  • 12:02

Xankəndidə daha bir məktəb açılacaq.

E-huquq.az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu il Xankəndi şəhərində fəaliyyətə başlayan 4 nömrəli məktəb tam gücü ilə fəaliyyət göstərir və həmin ərazidə ikinci məktəbin də açılması planlaşdırılır: "Bu baxımdan əminliklə deyə bilərik ki, yaxın illərdə işğaldan azad edilmiş bütün ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində böyük irəliləyişlər olacaq".

mənbə: apa

Oxşar xəbərlər