Məzmuna keç

Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib – Operativ qərargah

Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib - Operativ qərargah

Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib. Sosial şəbəkələrdə bununla bağlı paylaşılan məlumatlar yalnız ajiotaj yaradır.

E-huquq.az-ın məlumatına görə, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, uşaqların əyləncə mərkəzlərinə və digər qapalı məkanlara getməməsi ilə əlaqədar qadağa qoya bilməzlər:

"Məktəblərin bağlanması ona görə edildi ki, uşaqlar bir yerdə kütləvi şəkildə olmasın. Bununla bağlı valideynlər arasında da maarifləndirmə tədbirləri aparılır. Bunu valideynlər özləri dərk etməlidirlər".