- 18:18
"Küçədə dilənçilik edən uşaqlar valideynlərinin əlindən alınmalı və müvafiq sığınacağa yerləşdirilməlidir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Sosial şəbəkələrdə də belə hadisələri çox görürük. Bu dilənçi uşaqlar dava salır, dalaşır. Dilənçilik həm də ciddi problemdir. Bu, böyük bir nəslin məhv olmasına səbəb olur. Dilənçi uşaqların qayğısına ətrafdakı insanlar, polis qalır. Amma bu çıxış yolu deyil. Dövlət bu uşaqları valideynlərinin əlindən almalıdır", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə