- 09:04
Ötən il 52 kişi, 534 qadın məişət zorakılığına məruz qalıb
E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi olub.
Müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.
Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133- u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.