Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq


  • 3 İyun 22:04

Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə e-huquq.az-a Azəriqaz” İB-dən bildirilib.

Abşeron rayonunun Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

  • 2 İyun 12:47
Sabah leysan yağacaq