Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI


  • 7 İyun 20:20

Ali təhsil müəssisələrinə qəbul planında qruplar üzrə ən çox yer ayrılan ixtisaslar məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.

I ixtisas qrupu üzrə - “İnformasiya texnologiyaları” (1571 yer) və “Kompüter mühəndisliyi” (1324 yer)

II ixtisas qrupu üzrə - “İqtisadiyyat” (2013 yer), “Biznesin idarə edilməsi” (1929 yer), “Maliyyə” (1733 yer) və “Marketinq” (1655 yer)

III qrup üzrə - "Sosial iş” (1550 yer), “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” (1240 yer), “İbtidai sinif müəllimliyi” (1050 yer)

IV qrup üzrə - “Tibb” (695 yer), “Ekologiya” (590 yer), “Psixologiya” (460 yer)

V ixtisas qrupu üzrə - “Dizayn” (964 yer), “Ümumi fiziki hazırlıq” (540 yer) və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” (513 yer)

Oxşar xəbərlər