Bakı hava limanı yolunda sürət həddi aşağı salındı


  • 20:42

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi - Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Oxşar xəbərlər