Küləkli hava şəraiti ilə bağlı əhaliyə sarı xəbərdarlıq edildi


  • 13 İyun 16:50

İyunun 14-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik və Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Oxşar xəbərlər