Xüsusi qabiliyyət imtahanları başlayır


  • 13 İyun 19:25

İyunun 20-dən etibarən ali təhsil pilləsinin İdman istiqamətinin 62-ci komissiyası və Təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a bildirlib ki, İdman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, Təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən

(https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyunun 23-dən etibarən start götürəcək. Bu istiqamət üzrə qabiliyyət imtahanları Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.

Qeyd edək ki, imtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.

Oxşar xəbərlər